Xaricdə doktorantura təhsili almaq istəyənlər üçün mühüm xəbər

Daxil olmuş müraciətləri nəzərə alaraq, xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş 2023-cü il üçün həyata keçirilən son sənəd qəbulunun müddəti uzadılıb.

Globalinfo.az xəbər verir ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti oktyabrın 10-da saat 23:59-dək uzadılıb.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısıelana dair ətraflı məlumat və qeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər.

Hər hansı əlavə sual yarandığı zaman FAQ/MVS və ya [email protected] mail ünvanına müraciət oluna bilər.