Xankəndidən möhtəşəm görüntü: polisimiz məşhur abidənin qarşısında – VİDEO

Azərbaycan polisinin Xankəndi şəhərinin mərkəzində, məşhur “Biz və bizim dağlar” abidəsinin qarşısında olmasını əks etdirən görüntülər yayılıb.

Globalinfo.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda Azərbaycan polisinə aid maşınların və bir neçə polisin abidənin qarşısında dayandığı görünür.

Qeyd edək ki, bu abidə 1967-ci ildə Azərbaycan büdcəsindən ayrılan vəsait hesabına tikilib. Qarabağdakı ermənilər bu abidəni öz simvolları olaraq tanıdırlar. Abidənin adı ilk olaraq “Nənə və baba” qoyulub, lakin Azərbaycan hökuməti buna etiraz etdikdən sonra bu ad “Biz və bizim dağlar” ilə əvəzlənib.


Ayşən Mustafa
Globalinfo.az