Xankəndidə silah-sursat aşkarlandı

Xankəndidə silah-sursat aşkarlanıb.

DİN-dən Globalinfo.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 19-da Xankəndi şəhəri ərazisində 6 ədəd müxtəlif markalı avtomat silahı, 10 ədəd tüfəng, 9 ədəd qumbara, 2 ədəd patron darağı, 2091 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.