Xankəndidə savaş qızışır: gərginlik maksimal həddə çatdı

Xankəndidəki separatçılar arasında savaş maksimal həddə çatıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb.

Məlumata görə, artıq Qarabağda saxta “dövlət naziri” Ruben Vardanyana qarşı bir neçə müxalifət fraksiyası formalaşıb:

“Onların bir qismi Ermənistan tərəfindən maliyyələşdirilir. İrəvan çalışır ki, Paşinyan hakimiyyətinə təhdid olan Vardanyanın Qarabağdan Ermənistana gəlməməsi üçün hər şeyi etsin. Vardanyan isə özünün fərqli mövqeyi ilə Paşinyanla Əliyev arasında razılaşmaya mane olur. Narazılar qrupuna təkcə dövlət aparatının keçmiş nümayəndələri daxildir”.

Aqşin
Globalinfo.az