“İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Laricani Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı həmkarı Məsud Pezeşkianın mesajını çatdırıb”.
Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.
O, danışıqların konstruktiv keçdiyini vurğulayıb:
“Əli Laricani Putinə Tehranın regional inkişaf, beynəlxalq məsələlər və ikitərəfli əlaqələrə dair fikirlərini izah edib. Onun Rusiya lideri ilə görüşündə geniş spektrli məsələlər, xüsusilə də ikitərəfli əlaqələr və son üç-dörd həftə ərzində regionda baş verən hadisələr müzakirə edilib”.
Qeyd edək ki, iyulun 20-də Rusiya prezidenti Vladimir Putin Kremldə İranın ali liderinin baş məsləhətçisini qəbul edib.
Əliyar Xəlil
Globalinfo.az