İranın Ali rəhbəri Əli Xameneinin gizləndiyi yer bəlli olub.

Globalinfo.az xəbər verir ki, bununla bağlı tanınmış jurnalist Eynulla Fətullayev paylaşım edib.

“İranda əməkdaşlıq etdiyimiz jurnalistlərin məlumatına görə, sui-qəsd təhlükəsi ilə üz-üzə qalmış  İranın ali rəhbəri Əli Xamenei 80 metrlik dərinlikdə hərbləşdirilmiş zirzəmilərin birində yerləşdirilib. Onun tez-tez bunkerlərin yerləri dəyişdirilir”, – deyə o bildirib.

Jurnalist qeyd edib ki, bunkerlərin biri İmamzadənin alt qatındadır:

ABŞ-ın hərbi müdaxiləsindən ehtiyatlanan rəhbər düşünür ki, dini məbədlər hədəf olmayacaq”.

Qeyd edək ki, bir neçə gündür İranın 31 əyalətinin 185 şəhərində etirazlar davam edir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: