“İran müharibə istəmir, amma biz hüquqlarımızdan imtina etməyəcəyik”.
Globalinfo.az xəbər verir ki, bunu İranın Ali rəhbəri Müctəba Xamenei xalqa yazılı müraciətində deyib.
Onun sözlərinə görə, ölkə bu gün “böyük güc” olmaq astanasındadır.
Xamenei Tehranın hazırkı kursunun ABŞ-la barışmaz mövqeyindən bəhs edib:
“Vurulan bütün zərərlərə və şəhidlərimizin qanına görə kompensasiya tələb edəcəyik. Biz bu müqəddəs müdafiədə mübahisəsiz qalib olmuşuq. Bu gün əminliklə deyə bilərik ki, İran xalqı döyüş meydanında əsl qalibdir”, – Xamenei vurğulayıb.
Bu arada İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf bildirib ki, Tehran keçmiş təcrübələrə əsaslanaraq düşmənə qarşı tam etimadsızlıq nümayiş etdirməlidir. Onun sözlərinə görə, ABŞ-ın geri addım atması və İranın 10 bəndlik planının ümumi çərçivəsinin qəbul edilməsi açıq qələbə sayılsa da, bu, hələ tam nəticə deyil.
Qalibaf qeyd edib ki, əgər ABŞ öz öhdəliklərini pozmaqdan imtina edərsə, danışıqların bərpası mümkün ola bilər.
Əliyar Xəlil
Globalinfo.az