IMG 20251009 WA0015

İranın ali rəhbəri Ayətullah Əli Xamenei ölkənin ballistik raket proqramı ilə bağlı mühüm qərar verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr News” məlumat yayıb.

O, bütün ballistik raketlərin mənzilinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması əmrini verib.

Qeyd olunur ki, bundan əvvəl İranın raket proqramı altılıq ölkələri (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) ilə əldə olunmuş sazişlərə əsasən məhdudlaşdırılmışdı. Belə ki, ölkə 2200 km-dən artıq mənzilli ballistik raket istehsal edə bilməzdi. Yeni qərara əsasən, bu limit artıq qüvvədə deyil və İranın raket proqramı tam sərbəst fəaliyyət göstərə biləcək.

Tahir Turan
Globalinfo.az

Paylaş: