Pakistanın Baş naziri Şahbaz Şərif Xameneinin dəfn mərasimində iştirak edəcək.
Globalinfo.az “Unikal”a istinadla xəbər verir ki, bu barədə o özü açıqlama verib.
“Allah qoysa, gələn həftə mərhum Ali Lider Ayətullah Əli Xameneiyə hörmətimi bildirmək və Pakistanın qardaş İran xalqı ilə həmrəyliyini bir daha bildirmək və onlara bunu təmin etmək üçün Tehrana səfər edəcəyəm”, – deyə Şərif bildirib.
Qeyd edək ki, Xamenei ilə vida mərasimi və cənazə namazı 4-5 iyul tarixlərində Tehranın Mosalla kompleksində təşkil olunacaq, 6 iyulda isə cənazə Quma yola salınacaq.Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəddə torpağa tapşırılacaq.