neriman hesenzade

Xalq şairi Nəriman Həsənzadə evə buraxılacaq.

Globalinfo.az bildirir ki, bunu Teleqraf-a Xalq şairi Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost deyib.

“Nəriman Həsənzadənin səhhəti yaxşılaşır. İki günə evə buraxıla bilər. Yeni ili evində keçirəcək. Onun müalicəsi palatada davam edir. Dializ davam edəcək”, – A.Mehmandost əlavə edib.

Mərkəzi Klinik Xəstəxanadan isə sorğumuza cavab olaraq bildirilib ki, Xalq şairinin vəziyyəti ağır-stabil olaraq qalır.

“Xəstə stasionar müalicə alır. Vəziyyəti ağır stabil olaraq qalır”, – məlumatda qeyd edilib.

Nəriman Həsənzadənin 94 yaşı var. O, böyrək çatışmazlığından əziyyət çəkir.

Paylaş: