Xalq artisti yıxılıb xəstəxanalıq oldu – FOTO

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Xalq artisti Rafiq Əzimovun Lənkəranda qastrol səfəri zamanı başına iş gəlib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, 85 yaşlı sənətkar “Qarabağnamə” tamaşasının nümayişindən sonra yıxılıb, ayağını zədələyib.

R. Əzimov təcili əməliyyat olunub. Hazırda evdədir, vəziyyəti yaxşıdır.

Məlumatı teatrın Mətbuat xidmətindən saytımıza təsdiqləyiblər.