Əfsanəvi sənətkarımızın xalq artisti qızı vəfat etdi – FOTO

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

Bu barədə Globalinfo.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İranə Tofiq qızı Tağızadə bu gün səhər vəfat edib.

“Mədəniyyət Nazirliyi mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”, – deyə qurum bəyan edib.

Qeyd edək ki, İranə Tağızadə görkəmli rejissor, ssenarist Tofiq Tağızadənin qızı idi.