“Robert Köçəryanı düşmən hesab etmirəm”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan deyib.
“Aprelin 24-də jurnalistlərdən xahiş etdim ki, Robert Köçəryanla bağlı nəsə soruşmasınlar. İndi sizdən istəyim odur ki, ona toxunmayın. Mənim mübarizəm Ermənistanda hakimiyyət uğrunda deyil, hakimiyyət dəyişikliyi ilə bağlıdır. Düşünmürəm ki, dünyada keçmiş prezidentlər bir-biri ilə 100 faiz razılaşsınlar. Əlbəttə, bizim də fərqli fikirlərimiz ola bilər”, – deyə Sərkisyan Ermənistan Universitetində tələbə və müəllimlərlə görüşü zamanı bildirib.
Günay Rəsulqızı
Globalinfo.az