1665147311 311043930 5465123843605880 7749231955772457640 n

“Siz 30 illik danışıqlar prosesində Alma-Ata bəyannaməsi barədə eşitmişdiniz? Bu, rəsmi Bakının gündəmə gətirdiyi məsələdir, Paşinyan onu təzyiq altında qəbul edib”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistan fraksiyasının deputatı Artur Xaçatryan deyib.

“Paşinyan öz üzərindən günahı atmaq üçün hələ də Ermənistanın əleyhinə istifadə oluna biləcək açıqlamalar verir. Deyir ki, Alma-Ata bəyannaməsi bizim kadastr sertifikatımızdır və onun sayəsində dünya Ermənistanın müstəqilliyini tanıyıb. Həyatım boyu bundan böyük yalan eşitməmişəm!

Paşinyan deyir ki, məndə günah yoxdur, əvvəlkilər söz veriblər”, – A.Xaçatryan vurğulayıb.

Onun sözlərinə görə, Paşinyan artıq Qarabağın itirilməsi ilə barışıb və buna görə də öz uğursuzluğuna bəraət qazandırmaq üçün məsələni “həllolunmaz problem” adlandırır.

1665124821 rian archive 41059 cis heads of state

Alma-Atı Bəyannaməsinin imzalanması (1991)

Tamerlan Yayaqan
Globalinfo.az

Paylaş: