Xəstəxanaya düşdüyü deyilən Lavrov danışdı – VİDEO

Rusiya xarici işlər naziri Sergey Lavrov Bali adasında xəstəxanaya yerləşdirilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, Lavrov hazırda oteldə olduğunu və sabahkı sammit üçün materialları oxuduğunu söyləyib.

“Mən oteldə sabahkı sammit üçün materialları oxuyuram”, – deyə Lavrov Rusiya XİN sözçüsü Mariya Zaxarovanın telegram kanalında qısa qol köynək və şortla paylaşdığı videoda bildirib.