budanov 1

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov ölkə üçün mümkün olan ən ağır ssenarinin daxili sabitliyin pozulması və dövlətçiliyin itirilməsi olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Novosti.Live” nəşri məlumat yayıb.

Budanovun sözlərinə görə, beynəlxalq münasibətlərdə diplomatik yanaşmanın əvvəlki dövrü geridə qalıb:

“Diplomatik romantizm dövrü başa çatıb. Tarixi nə qədər faciəli və ya möhtəşəm olsa da, heç kim uğursuz dövlətlərlə iş görmək istəmir. Dünya gücə hörmət edir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: