ilhammmm

Prezident İlham Əliyev Azərbaycanda keçirilən beynəlxalq konfransda iştirak edən din xadimləri ilə görüşündə Avropa Parlamentini islamofobiyanın beşiklərindən biri kimi səciyyələndirib”.

Bunu Globalinfo.az-a deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, Avropa Parlamentində baş verən korrupsiya, yolsuzluq, rüşvətxorluq faktlarını sonradan Avropa məhkəmələri və hüquq sistemi ört-basdır edib:

“Təəssüf ki, rüşvətxorluğa qarşı lazımi mübarizə də aparılmadı. Bu məntiqlə Avropa Parlamentindəki korrupsiya hallarını qiymətləndirsək, aydın olur ki, avropalıların irəli sürdükləri hüquqi, mənəvi dəyərlərlə real həyatda baş verən proseslər və atılan addımlar arasında ciddi fərq var. Avropalılar İslam ölkələrinə təzyiq göstərmək üçün islamı terror dini kimi təqdim edirlər. Müsəlman Şərqinin və müsəlman ölkələrinin milli sərvətlərini istismar etmək üçün demokratiya, insan hüquqları, korrupsiya kimi məsələləri bir alətə çevirir, eyni zamanda ictimai rəyi zəhərləyirlər”.

hikmet babaoglu 900x615 1

Hikmət Babaoğlu

Deputat qeyd edib ki, bu proses iki istiqamətdə aparılır:

“Birincisi, Avropa ictimaiyyəti aldadılaraq Avropa siyasətçiləri tərəfindən islamofob düşüncəyə sövq edilir. İkincisi isə İslam dininin guya terror dini olduğu və islama qarşı mübarizə aparılmasının vacibliyi fikri təbliğ olunur. Lakin hadisələri izahlı şəkildə öyrəndikdən sonra məsələnin tam əksinin olduğu bəlli olur. İslam sülh dinidir, islam mənəviyyatı yüksək mənəviyyatdır və heç bir dini mənəviyyata və ya dini dəyərlərə qarşı deyil. İlham Əliyev də məhz bu məsələyə toxunaraq bir daha belə təzahürlərə qarşı müsəlman dünyasının birlikdə mübarizə aparmasının vacibliyini önə çəkib və Azərbaycanı bu sırada lider ölkələrdən biri kimi səciyyələndirib”.

Qeyd edək ki, dövlət başçısı sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçılarını və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən bunları deyib: “Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm – rüşvətxorlar yuvasıdır Avropa Parlamenti. Onun vitse-prezidentinin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər. Elə bil olmayıb bu. Onun adı bəllidir, o Yunanıstandan olan bir xanım deputatdır. Neçə il keçib onun üstündən? Bir ölçü götürülüb ona qarşı? Yox! Məsuliyyətə cəlb edilib? Yox! Sərbəst buraxılıb. Avropa Parlamenti bax, bu islamofoblardan ibarətdir və bu da daim diqqət mərkəzində olmalıdır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: