“Ermənistan və ABŞ arasında TRIPP üzrə strateji əməkdaşlıq haqqında saziş Ermənistan konstitusiyasına uyğundur”.
Globalinfo.az bildirir ki, bu barədə Ermənistan Konstitusiya Məhkəməsi məlumat yayıb.
Bildirilib ki, məhkəmənin sazişlə bağlı araşdırması başa çatıb və TRIPP üzrə öhdəliklərin Ermənistan konstitusiyasına zidd olmadığına qərar verilib.
Qeyd edək ki, TRIPP layihəsi çərçivəsində Ermənistan və ABŞ arasında strateji əməkdaşlıq haqqında çərçivə sazişi 2026-cı ildə imzalanıb.