Rusiya Prezidenti Vladimir Putin qarşıdan gələn Dövlət Dumasına seçkilərlə bağlı rusiyalılara video müraciət edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov brifinq zamanı məlumat verib.
Onun sözlərinə görə, Putin sentyabrın 16-da vətəndaşlara müraciət etməyi planlaşdırır.
Kremlin nümayəndəsi bununla bağlı digər detalları açıqlamayıb.
Qeyd edək ki, Dövlət Dumasına deputat seçkiləri 2026-cı il sentyabrın 18-dən 20-dək keçiriləcək. Üçgünlük səsvermənin nəticələrinə əsasən, 450 deputat mandatı bölüşdürüləcək. Seçkilərdə “Vahid Rusiya”, Rusiya Kommunist Partiyası, Liberal Demokrat Partiyası, “Ədalətli Rusiya”, “Yeni İnsanlar” və digər partiyalar daxil olmaqla, 10 siyasi qüvvə iştirak edəcək.
Əliyar Xəlil
Globalinfo.az