Vilayət Eyvazovdan yeni təyinat

Xankəndi Şəhər Polis Şöbəsinin İstintaq Bölməsinə yeni rəis təyin edilib. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Xəzər Rayon Polis İdarəsinin baş müstəntiqi, polis mayoru Nicat Əliyev tutduğu vəzifədən azad edilərək, Xankəndi Şəhər Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi təyin olunub.