Bu, hökumətin əsas prioritetlərindən biridir – Prezident

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “Minalarla mübarizə – Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol” mövzusunda beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb.

Globalinfo.az bildirir ki, xəbər verir ki, müraciəti Azərbaycan Prezidentinin adından Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

Prezident müraciətində bildirib ki, konfransın mövzusu Azərbaycan və bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edir.

Prezident müraciətində bildirib ki, Ermənistanın 30 ilə yaxın işğalı nəticəsində Azərbaycan bu gün minalarla ən çox çirklənən ölkələr arasındadır.

Azərbaycan Prezidentinin müraciətində qeyd edilib ki, azad olunmuş torpaqların minalardan təmizlənməsi hökumətin əsas prioritetlərindən biridir.