“Vikipediya” Qarabağa aid məlumatları silir – VİDEO

Azərbaycana aid bəzi məqalalər “Vikipediya”dan silinir.

Globalinfo.az Xezerxeber.az-a istinadən xəbər verir ki, azad virtual ensiklopediya sayılan “Vikipediya”nın yaşı az olsa da, hal-hazırda dünyanın ən populyar beş internet saytından biridir. Demək olar ki, hər ölkənin dilinə uyğun “Vikipediya” var. Bu saytda məqalələr də müxtəlif dillərdə yayılır. Hazırda Azərbaycan bölməsində də 14 idarəçi var. Bu idarəçilər saytın qaydalarının pozulmamasına nəzarət etməklə yanaşı, həm də insanların yaratdığı məqalələrin mahiyyətə və həqiqətə nə qədər uyğun olub-olmamasına diqqət yetirirlər.

“Vikipediya”nın Azərbaycan dilli bölməsində ölkəmizlə bağlı kifayət qədər məqalə olsa da, digər dillərdəki bölmələrdə azlıq təşkil edir. Bu da azmış kimi son vaxtlarda saytın digər dillərdəki versiyalarında Azərbaycanla bağlı məqalələr silinməyə başlanıb.

Mütəxəssislər bildirirlər ki, silinən məqalələrin çoxu Azərbaycan tarixi, xüsusən də Qarabağla bağlıdır. Bu cür məqalələrin silinməsi və ya bəzən məlumatların təhrif olunması onu deməyə əsas verir ki, bu işdə ermənilər əsas rol oynayırlar.

Hazırda Azərbaycandilli “Vikipediya”da 273 min istifadəçi var və orada 195 min məqalə yerləşdirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: