Vidadi Zeynalov 43 milyonluq əmlaklarını geri almaq istəyir

aa799914385c37cdb5ca9f0714d8c3158c44fd4e8f324837265e423828b6e29e1674483613 5afe435bf7f309ef74dd3bca47eeb9bb1665642637 646e2033733e9f821c1e4e41d27002d6untitled 1 jpg jpg jpg jpg

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. 

Globalinfo.az xəbər verir ki, birinci məhkəmə instansiyasında və apellyasiya mərhələsində iddiası təmin edilməyən Vidadi Zeynalov Ali Məhkəməyə kassasiya şikayəti verib. Əhməd Nurməmmədov iş üzrə hakim təyin edilib.

Məlumat üçün deyək ki, Vidadi Zeynalovla paralel onun övdladları Zeynal Zeynallı, Lalə Zeynalova, Pərviz Zeynalov və xanımı Natəvan Zeynalova da adıçəkilən qurumlar barəsində iddia qaldırıb.

Bundan başqa, Vidadi Zeynalovun ailə üzvləri Binəqədi Rayon Məhkəməsində Baş Prokurorluğa qarşı iddia qaldırıb. Bu işin nəticəsi barədə məlumat yoxdur.

Məhkəmə çəkişməsinin kökündə Vidadi Zeynalovun üzərinə həbs qoyulmuş əmlakları dayanır. Keçmiş məmur 43 milyon manat dəyərində olduğu bildirilən əmlaklarını geri almaq istəyir.

Vidadi Zeynalov 2015-ci il noyabr ayının 13-də həbs edilib. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən Vidadi Zeynalov 73 milyon 590 min manat məbləğində dövlət vəsaitinin mənimsənilməsi və israf edilməsinin təşkilində təqsirləndirilirdi. O,  2019-cu ilin mart ayında azadlığa buraxılıb.