ukrayna 1

“Ukrayna ölkədəki iqtisadi vəziyyətin pisləşməsi səbəbindən tezliklə atəşkəs istəyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Konstantin Dolqov deyib.

Onun sözlərinə görə, Ukraynanın liman infrastrukturuna və hərbi-sənaye kompleksinə endirilən zərbələr fonunda Kiyevin atəşkəsə ehtiyacı var.

Dolqov qeyd edib ki, bununla belə, Moskvanı müvəqqəti atəşkəs yox, uzunmüddətli sülh düşündürür.

“Onlar üçün vəziyyət çox acınacaqlıdır. Zərbələrimiz öz təsirini göstərir. Bu hücumlar Kiyevin hərbi və iqtisadi infrastrukturunu ardıcıl məhv edir. Ukrayna faktiki olaraq dənizdən təcrid olunub. Nəticədə silah və hərbi texnikanı artıq dəniz yolu ilə çatdırıla bilmir. Ən yaxşı yol təslim olmaqdır”, – o vurğulayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: