Veteran cüdoçularımız 3 qızıl medal qazandılar – FOTO

orucov cudo

Latviyanın paytaxtı Riqada keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatının ikinci günündə Azərbaycan millisinin üzvləri 3 qızıl və 1 bürünc medal qazanıblar.

Globalinfo.az xəbər verir ki, M-4 yaş kateqoriyasında Babək Hacıyev (60 kq), Vaqif Kərimov (73 kq) və Emil Hüseynov (100 kq) bütün rəqiblərini məğlub edərək Avropa çempionu olublar.

M-3 yaş kateqoriyasında isə Samir İsmayılov (81 kq) üçüncü yeri tutub.

Qeyd edək ki, turnirin ilk günündə Fərhad Rəcəbli (M-8, -90 kq) də qızıl medala sahib çıxıb.

Hazırda yığma 5 medalla (4 qızıl, 1 bürünc) 37 ölkə arasında ümumi sıralamada 4-cü pillədə qərarlaşıb.

cudo 3 qizil1 cudo 3 qizil2 cudo 3 qizil