“Braqa” bu heyətlə Bakıya gəlir – ADLAR

Portuqaliyanın “Braqa” komandasının UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəyi cavab oyunu üçün heyəti məlum olub.

Globalinfo.az xəbər verir ki, Braqa şəhərinin eyniadlı təmsilçisi Bakıya 23 futbolçu ilə səfər edəcək. İlk oyunda zədə səbəbindən meydanda olmayan Brumanın adı siyahıya salınıb.

Komandanın kapitanı Rikardu Ortanın isə ikinci görüşdə də iştirak etməyəcəyi dəqiqləşib.

Qapıçılar: Mateus, Tyaqu Sa, Lukas Horniçek

Müdafiəçilər: Sərdar Saatçı, Siku Niakate, Joze Fonte, Paulu Oliveyra, Joe Mendes, Fransişku Çissumba, Vitor Qomeş, Kristian Borxa

Yarımmüdafiəçilər: Şer Ndur, Rodriqo Salasar, Vitor Karvalyu, Pittsi, Joau Moutinyu, Cibril Sumare

Hücumçular: Bruma, Abel Ruis, Alvaro Calo, Markuş Lopeş, Rojer Fernandeş, Simon Banza.

Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 4:2 hesablı qələbə qazanıb.