Vergi sahəsində süni intellekt tətbiq eiləcək?

“Vergi sistemində süni intellekt texnologiyalarının tətbiq edilməsi ilə bağlı müzakirələr aparılır”.

Globalinfo.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin şöbə rəisi İmran Qarayev bildirib.

O qeyd edib ki, elektron xidmətlərin keyfiyyətinin artırılması, elektron auditin tətbiq edilməsi, antikorrupsiya sahəsində beynəlxalq əməkdaşlığın artırılması, daxili və ictimai nəzarətin gücləndirilməsi Dövlət Vergi Xidmətinin perspektivlərinə daxildir.