Vəkildən Bəxtiyar Hacıyev barədə ən son xəbər

İctimai fəal Bəxtiyar Hacıyevin həbsxanadan Prezident İlham Əliyevə müraciət etdiyi haqda xəbər vermişdik. O, müraciətində ölkə başçısından xahiş edərək, həbsdən buraxılmasına kömək etməsini istəmişdi. Onun bu müraciətinə hələ ki aidiyyatı qurumlar reaksiya verməyib. Adətən həbsdəki tanınmış şəxslərin analoji müraciəti müsbət həll edilir. Bəxtiyar Hacıyevin belə şansı varmı?

Bəxtiyar Hacıyevin vəkili Rövşanə Rəhimli Globalinfo.az-a açıqlamasında B.Hacıyevin azadlığa çıxacağına ümid etdiyini bildirib.

O, ölkə başçısına müraciət olunmasını təsdiqləyib:

“Bəli, Prezident İlham Əliyevə müraciət olunub. Amma nəticə ilə bağlı hər hansı bir məlumat və fikrimiz yoxdur. Lakin hər zamankı kimi müsbət nəticənin olacağına ümid edirik”.

Zaira Akifqızı

Globalinfo.az