1645702155 zaxarova 1 900x487 2

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubionun görüşünün təşəbbüskarı ABŞ tərəfi olub.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “İzvestiya”nın müxbirinin sualını cavablandırarkən deyib.

“Görüş təşəbbüsü ABŞ tərəfindən irəli sürülüb. Rusiya nümayəndə heyəti də bu təkliflə razılaşıb və danışıqlar başlayıb”, – deyə diplomat qeyd edib.

İyulun 23-də Filippinin paytaxtı Manilada, ASEAN tədbirləri çərçivəsində Filippin Beynəlxalq Konfrans Mərkəzində Rusiya və ABŞ xarici siyasət idarələrinin rəhbərləri arasında danışıqlar keçirilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: