ABŞ Azərbaycanla sərhəddə dəhşətli plana start verdi – Müharibəyə bərabər hazırlıq

“The Hill” ABŞ Konqresinin lobbilərindən məlumat əldə edib. Belə ki, Ağ Evə təqdim edilən planda ABŞ-ın Qazaxıstanda dominant iqtisadi gücə çevrilməsi, Rusiya və Çinin isə regionda zəiflədilməsi nəzərdə tutulur. Konqresdəki hər iki partiya (Demokratlar və Respublikaçılar) ABŞ-ın Avropa İttifaqı ilə birlikdə Mərkəzi Asiyada kommersiya və strateji sahələrdə hegemon gücə çevrilməsini istəyir. Konqres üzvləri bir tərəfdən Rusiyanın bölgədəki ticarət gücünü zəiflətmək, digər tərəfdən də Çindəki uyğur türkləri məsələsini qlobal kampaniyaya çevirərək Pekinin Yaxın Şərqdəki gücünü sındırmaq istəyirlər. Bu istiqamətdə hazırlanmış strategiya planının Ağ Evə təqdim edildiyi də bildirilir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, ABŞ-ın Mərkəzi Asiya ilə bağlı təhlükəli planları var:

“Söhbət təkcə geopolitik baxımdan Çin və Rusiyanın regiondan çıxarılmasından deyil, regionda qalıcı nüfuz əldə etməkdən gedir.

Rəsmi Vaşinqton Çinin regionda nüfuzunu artmasından ciddi narahatdır. ABŞ bunun qarşısını alınmaq üçün artıq ilkin addımlar atır.

Misal üçün, bir müddət öncə ABŞ nümayəndələrinin Mərkəzi Asiyaya səfəri baş tutdu. Bundan başqa, yenə ABŞ-ın vasitəçiliyi ilə Fransa Prezidenti Emmanuel Makron ötən il Qazaxıstana səfər etdi. Bütün bu səfərlər ABŞ-ın və bütövlükdə Qərbin Mərkəzi Asiyaya nüfuz etməsindən xəbər verir.

ABŞ təbii ki, bu prosesi təkcə səfərlər kontekstində etmir. Misal üçün, Qırğızıstanda bir neçə dəfə rəngli inqilab ssenarisinə cəhd edilib. Bu belə, özlüyündə Vaşinqtonun dəhşətli planından xəbər verir.

Donald Tramp prezident seçilərsə ABŞ-ın digər regionlara azalan marağı kimi Mərkəzi Asiyaya da maraq azala bilər. Düzdür, bu köklü bir geri çəkilmə olmasa da kosmetik dəyişiklik ola bilər. Bu mənada Trampın seçilməsi Rusiya və Çinin Mərkəzi Asiya siyasətinin gələcəyi baxımından olduqca vacibdir”.

Turan Rzayev
Globalinfo.az