Vardanyan Rusiya və Qərb “arasında”

“Ruben Vardanyan Rusiya layihəsidir, amma fikir verirsinizsə, Qərb platformaları bundan çox narahat deyil”.

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Aqşin Kərimov qeyd edib.

Politoloqun sözlərinə görə, ümumilikdə Rusiyanın regionda sıxıb suyunu çıxarmaq istəyən Qərb Vardanyan mövzusunda susqun təsir bağışlayır. O, bunun səbəbini belə izah edib:

“Vardanyan Putinin qeyri-leqal pul kisəsidir və çirkli vəsaitlərin yuyulub ofşor zonalara transferi işini görən fiqurlardan biridir. Deməli, Vardanyan Rusiya ilə Qərb arasında qanunsuz bağ yaradan bir teldir”.

O, bunu sübut edə biləcək fakt olaraq qeyd edib ki, Vardanyan vaxtı ilə Putinə yaxın olan “Troyka Dialoq” İnvestisiya Bankına başçılıq edib:

“Bu Bankın ofşor şirkətlərin geniş şəbəkəsi yaratdığı Avropa İttifaqının dəstəyi ilə aparılan işlə sübut olunub. Ofşor şirkətlər Vardanyan vasitəsilə Rusiyadan qeyri-qanuni gəlirlərin nağdlaşdıralaraq çıxarılmasına nail olub. Söhbət 76 şirkətdən və 4.6 milyard dollardan gedir. Təbii ki, ortada böyük həcmli pullar varsa, bu zənciri yaradan şirkətlər siyasətə də təsir göstərir”.

A.Kərimov, həmçinin bildirib ki, nüfuzlu analitik Tomas De Vaal bu yaxınlarda Vardanyanı az qala Qərbin layihəsi kimi qələmə verdi:

“Məncə, cənab Vaal məhz çirkli layihələrə diqqət çəkmək istəmişdi. Vardanyan Rusiya üçün strateji layihədir. Ancaq Qərb üçün strateji deyil, lakin sərfəli “kadrdır””.

Gülnar Səlimova

Globalinfo.az