Vardanyan Azərbaycan vətəndaşlığını qəbul edir? – Erməni əsilli milyarder seçim qarşısında qalıb

 

Erməni əsilli milyarder Ruben Vardanyan ilə bağlı maraqlı nüans yaşanır. Belə ki, “Forbes”in siyahısında yer alan rusiyalı milyarderlər tərcümeyi-hallarını yenidən yazırlar. Ötən ilin sentyabrında sərvəti 1 milyard dollar qiymətləndirilən Vardanyan Rusiya vətəndaşlığından və “Artsax”dan imtina edib.

Maraqlıdır, onun belə bir qərar verməsinin səbəbi nədir? Vardanyan Ermənistan vətəndaşlığını qəbul edib, aktiv siyasətə qayıtmaq istəyir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, əslində bu, gözlənilirdi:

Kənan Novruzov

“Ruben Vardanyanın milyarderlər siyahısında Rusiya və “Artsax” vətəndaşı kimi göstərilməsi siyasi səhv ola bilərdi. Bu, gələcəkdə təkcə Vardanyan üçün deyil, həm də Rusiya və qondarma respublika üçün problem yarada bilərdi. İkinci bir tərəfdən, terrorçu Vardanyan bir növ “ayaq yeri qoyur”. Dediyiniz kimi, onun gələcəkdə Ermənistan vətəndaşlığını qəbul etməsi mümkündür. Bu, Qarabağ ətrafında baş verəcək siyasi proseslərdən asılıdır.

Rubenin nə fikirləşdiyi, nə planladığı bizim üçün o qədər də əhəmiyyətli olmamalıdır. Əsas məsələ budur ki, Azərbaycan Qarabağdakı etnik ermənilərin reinteqrasiya prosesində israrlıdır. Dəfələrlə dediyimiz kimi, Qarabağda kimsə qanunsuz yaşaya bilməz. Bu o deməkdir ki, oradakı insanlar ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da çıxıb getməlidir. Vardanyan gələcəkdə Rusiyaya da, Ermənistana da, başqa bir ölkəyə də gedə bilər. Amma Qarabağda qanunsuz yaşaya bilməz. Bunun üçün onun vətəndaşlığımızı qəbul etməsi lazımdır. Bu isə nəzəri cəhətdən mümkün olsa da, praktiki baxımdan inandırıcı görünmür”.

Turan Rzayev
Globalinfo.az