“Vaqner”in kanalı: Priqojinin təyyarəsi bu sistemlə vurulub

Göyərtəsində “Vaqner” rəhbəri Yevgeni Priqojinin də olduğu şəxsi “Embrayer” təyyarəsi hava hücumundan müdafiə sistemindən açılan atəşlə vurulub.

Globalinfo.az xəbər verir ki, bu iddianı “Vaqner” şirkətinə yaxın olan “Gray Zone” kanalı yayıb.

Qeyd edək ki, qəza zamanı təyyarənin göyərtəsində olan 10 nəfərin hamısının öldüyü bildirilir. Sərnişinlərin siyahısında “Vaqner” rəhbəri Y.Priqojinin də adı var.