Priqojinin də olduğu qəzada 8 meyit tapıldı – YENİLƏNİB

Moskvadan Sankt-Peterburqa uçarkən Tver vilayətində qəzaya uğrayan şəxsi “Embrayer Legacy” təyyarəsinin düşdüyü yerdə 8 meyit tapılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

Meyitlərin kimlərə məxsus olduğu açıqlanmayıb.

FHN dəqiqləşdirib ki, göyərtədə 10 nəfər (3-ü ekipaj üzvüdür) olub. “Vaqner” rəhbəri Yevgeni Priqojinin də adı sərnişinlər siyahısındadır.

***

“Vaqner” özəl hərbi şirkətin Teleqram kanalında Priqojinin olduğu təyyarənin qəzaya uğraması ilə bağlı məlumat yayılıb.

Globalinfo.az xəbər verir ki, məlumatda  bildirilib:

“Təyyarə Saat 18:20-də təyyarə radardan itdi, 12 dəqiqə sonra isə təyyarə səmada partladı. İki partlayış oldu. Qanad və stabilizator Kujenkino stansiyasına, fyuzelaj və qanad isə Kujenkino kəndinə, keçmiş ferma yaxınlığına düşdü. Vətəndaşlar xəsarət almayıb, evlər zərər görməyib. Saat 19:10-da 4 meyit barədə məlumat gəldi. Hadisə yerinə Boloqovodan təcili yardım gəldi”.

Qeyd edək ki, Moskvadan Sankt-Peterburqa uçduğu bildirilən şəxsi “Embraer” təyyarəsinin Tver vilayətində qəzaya uğraması nəticəsində göyərtədə olan 10 nəfərin hamısının öldüyü vurğulanır. Sərnişinlər arasında Yevgeni Priqojinin də adı var.