Uyğurlar Çinə qadağa qoydu

Uyğur türkləri Çin xarici işlər nazirinin Türkiyəyə səfərinə qarşı çıxıblar.

Globalinfo.az xəbər verir ki, Şərqi Türküstanın müstəqillik tərəfdarları uyğur türklərinə qarşı soyqırımına son qoyulmasına dair şüarlar səsləndiriblər.

Onlar Çin xarici işlər naziri Van İni Şərqi Türküstandakı türklərin sıxışdırılmasında əlbir olmaqda günahlandırıblar.

İntiqam Əhmədov
Globalinfo.az