Universitet müəllimi 37 yaşında vəfat etdi – FOTO

 

Sumqayıt Dövlət Universitetinin 37 yaşlı müəllimi Samin Qocayev vəfat edib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, o, sentyabrın 22-də səhər saatlarında qəfil ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, mərhum 2014-cü ildən universitetdə Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa tarixi kafedrasında baş müəllim vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!