Ümidvaram ki, Ermənistanla danışıqlar… – Prezident

Azərbaycan Prezidenti İlham Əliyev ümidvar olduğunu bildirib ki, bu proses (Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları – red) sülh sazişinin imzalanması, tariximizin bu ağır və qara səhifəsinin çevrilməsi ilə başa çatacaq.

Globalinfo.az bildirir ki, bu barədə dövlət başçısı martın 11-də Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında deyib.

“Bu gün regional problematika məsələlərini ətraflı müzakirə etdik. Mən Kasım-Jomart Kemeleviçə Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları prosesi haqqında məlumat verdim və ümidvar olduğumu bildirdim ki, bu proses sülh sazişinin imzalanması, tariximizin bu ağır və qara səhifəsinin çevrilməsi ilə başa çatacaq”, – Azərbaycan lideri qeyd edib.