Ulduz futbolçu qəza törətdi

“Barselona”nın və İspaniya millisinin ulduz futbolçusu Ansu Fati Kataloniyada yol qəzası törədib.

Globalinfo.az bildirir ki, bu barədə “San” qəzeti məlumat yayıb.

O, avtomobilini park etmək istəyərkən motosikletçini vurub. Hadisə nəticəsində motosikletçinin ayağı topuq hissədən sınıb.

Qeyd edək ki, A.Fati İspaniya millisinin DÇ-2022-nin iştirak ərizəsinə daxil edilib.