Ukraynadan Tbilisiyə Rusiya mesajı: Bunu etməyin!

“Gürcüstan mütləq azad və müstəqil olmalıdır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri öz tvitter səhifəsində Ukrayna Prezident Ofisi rəhbərinin müavini Mixail Podolyak deyib.

“Xarici agentlər haqqında repressiv qanunu qəbul etmək olmaz. Avropaya gedib, amma Rusiyaya tərəf baxmaq olmaz. Üstəlik, öz prezidentini həbsdə yavaş-yavaş öldürməkdə də yanlış addımdır. Ən əsası Rusiyaya qulaq asmaq olmaz. Gürcüstan mütləq azad olmalıdır”, – o bildirib.

İlkin Həsənov
Globalinfo.az