2024 01 12T151300Z 790924918 RC2BG5AD74JH RTRMADP 3 UKRAINE CRISIS CIVILIAN DEFENCE pic 32ratio 900x600 900x600 88324

Ukraynada qadınların səfərbərliyə cəlb edilməsi hazırda gündəlikdə deyil, lakin vəziyyət dəyişsə, bu istiqamətdə qərar verilə bilər. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Teleqraf” nəşrinə açıqlamasında hakim “Xalq qulluqçusu” partiyasından Ali Rada deputatı, Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Yuri Zdebski məlumat verib.

“Komitədəki ab-havanı başa düşdüyümə görə, bu məsələ gündəmdə deyil. Bu, hələ ki aktual məsələ deyil, amma daima bizim radarımızdadır. Biz vəziyyəti izləyirik, aktual olanda tez qərarlar qəbul edəcəyik”, – Zdebski bildirib.

Xatırladaq ki, oktyabrın 30-da Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin daha 90 gün – 2026-cı il fevralın 3-dək uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.

Tahir Turan

Globalinfo.az

Paylaş: