podolyak 11

“Kiyev rəhbərliyi Ukraynanın qoyduğu ilkin şərtlər çərçivəsində danışıqlara razılaşan ölkələri tərəfdaş kimi qəbul edəcək”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

O, sülh danışıqları ilə bağlı ABŞ-ın Ukraynaya təzyiq etmədiyini bildirib:

“Amerikalılar bizə təzyiq etmir. Vaşinqton və Moskva arasındakı ikitərəfli təmaslara gəlincə, bu mövzuda şərh vermək mənə düşməz”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: