Kiyevdə son vəziyyət: Rusiya PUA-sı vuruldu

Bu gün Ukraynanın paytaxtı Kiyev yaxınlığında Rusiyanın pilotsuz uçuş aparatı vurulub.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

“Kiyevin şimalında hava məkanında ekstremal hava hücumu zamanı düşmənin İHA tipli obyekti aşkar edilib. Hədəf hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Bir daha hava hücumundan müdafiə qüvvələrimizə təşəkkür edirik”, – məlumatda qeyd olunub.