Sergey Aleksandr Petroviç Ukrayna müdafiə nazirinin müavini vəzifəsindən azad edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat paylaşıb.
Melniçuk həmçinin Roman Opimaxın Ukrayna Dövlət Geologiya və Yerin təki Xidmətinin sədri vəzifəsindən azad edildiyini də bildirib. Bu vəzifəni müvəqqəti olaraq Sergey Dextyarenko icra edəcək.
Bundan əlavə, Volın vilayətinin Dövlət Administrasiyasının sədri Yuri Poqulyaykonun vəzifəsindən azad edilməsi artıq razılaşdırılıb, onun yerinə İvan Rudnitskinin təyin edilməsi planlaşdırılıb.
Ukrayna Nazirlər Kabinetinin nümayəndəsinin sözlərinə görə, hökumət Miroslav Biletskinin Zakarpat Regional Dövlət Administrasiyasının sədri vəzifəsinə təyin edilməsinə razılıq verib.
Bundan əvvəl hökumət Ukrayna müdafiə nazirinin müavinləri Aleksandr Balanutsa , Yuri Cigir və Stanislav Qayderivəzifədən azad edib .
Qeyd edək ki, daha əvvəl də müdafiə nazirinin üç müavini – Aleksandr Sergeyev, Yuri Cigqir, Lyudmila Daraq və Stanislav Hayder işdən azad edilmişdi.
Stanislav Hayder nazirin Ofis rəhbəri vəzifəsinə keçib.