Ukraynada müharibə nə vaxt bitəcək? – Amerikalı kəşfiyyatçı vaxt açıqladı

“Ukrayna Silahlı Qüvvələri son dərəcə çətin vəziyyətdədir və çətin ki, 2024-cü ilin sonuna qədər müharibəyə davam gətirə bilsin”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson deyib.

O bildirib ki, Ukrayna ordusunun cəbhədə vəziyyəti kökündən dəyişdirmək imkanı yoxdur.

“Ukrayna ordusunun itkiləri fəlakət həddindədir. Ukrayna Silahlı Qüvvələri bütün istiqamətlərdə Rusiya ordusundan geridədir. Onların ilin sonuna qədər davam gətirəcəyinə əmin deyiləm. Çünki hər şey çox sürətlə baş verir və onlar ümidsizcə nə edəcəklərini anlamağa çalışırlar”, – deyə Conson vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az