1761476862 1726653830 peskov 1758547922 900x506 1

“Ukraynada müharibə uzun müddətdir davam etsə də, Rusiya üçün əsas məsələ qarşıya qoyulan məqsədlərə çatmaq və milli maraqları təmin etməkdir”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Çin Media Qrupuna müsahibəsində deyib.

Peskov bildirib ki, münaqişə artıq uzun müddətdir davam edir və döyüş əməliyyatlarının aktiv mərhələsi illərlə uzanıb.

“Bu, kifayət qədər uzun müddətdir davam edən prosesdir”, – deyə o qeyd edib.

Kreml nümayəndəsinin sözlərinə görə, Rusiya üçün ən vacib məsələ hərbi əməliyyatların başlanğıcında müəyyənləşdirilən hədəflərin həyata keçirilməsidir.

Rusiya üçün milli maraqların təmin olunması və xüsusi hərbi əməliyyatın əvvəlində qarşıya qoyulan məqsədlərə nail olunması son dərəcə vacibdir”, – deyə Peskov vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: