Rusiyanın Ukraynanın Zaporojye vilayətinə hücumu nəticəsində 3 nəfər ölüb, 18 nəfər yaralanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Zaporojye vilayəti Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov teleqram kanalında yazıb.
O bildirib ki, şəhərə hücumlar məqsədyönlü şəkildə həyata keçirilib və infrastruktura yönəlib.
“Rusiya qüvvələri Zaporojyeyə iki zərbə endirib. Atəş nəticəsində 500 kvadratmetr sahəni əhatə edən pərakəndə satış pavilyonlarında yanğın baş verib”, – İ.Fedorov qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az