Çinin müvəqqəti işlər vəkili Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə XİN başçısı Andrey Sibiqa açıqlama yayıb.
Buna səbəb Çin vətəndaşlarının Ukraynaya qarşı döyüşməkləri olub.
“Çin vətəndaşlarının Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə iştirak etməsi Çin rəhbərliyinin dünyaya bəyan etdiyi mövqeyini sual altına qoyur və Pekinin BMT Təhlükəsizlik Şurasının məsuliyyətli və daimi üzvü kimi etibarını zədələyir”, – Sibiqa bildirib.
Aysel Əliyeva
Globalinfo.az