“İranda olan məlumatalara görə, Ukrayna Xəzər dənizindəki gəmimizə qəsdən hücum edib”.
Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İmayıl Bəqayi deyib.
O bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamaları və başqa dəlillər Kiyevin qəsdən hücum etdiyini göstərir:
“Tehran Kiyevin bu addımına görə məsuliyyətə cəlb olunması üçün əlindən gələni edəcək”.
Qeyd edək ki, bundan əvvəl rəsmi Kiyev İran gəmisinin təsadüfən vurulduğunu bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az