maydan nezalezhnosti.jpg

Kiyev bölgəsində istilik və elektrik enerjisinin kəsilməsi ilə üzləşən sakinlərə etiraz məqsədilə yolları bağlamamaq çağırışı edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Kiyev Regional Dövlət Administrasiyasının rəhbəri Nikolay Kalaşnik açıqlama verib.

Kalaşnik bildirib ki, yolların bağlanması elektrik enerjisinin bərpası prosesini heç bir şəkildə sürətləndirməyəcək. Onun sözlərinə görə, hazırda Kiyev ətrafında təxminən 25 min abunəçi işıqsız qalıb və müvafiq qurumlar fasilələrin aradan qaldırılması üçün işləyir.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə enerji vəziyyətinin çətin olduğunu bəyan etmişdi.

Tahir Turan
Globalinfo.az

Paylaş: