“Rusiya, Ukrayna və ABŞ arasında Cenevrədə keçiriləcək danışıqlar sülh müqaviləsinin və mümkün referendumun konturlarını müəyyən edə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu türkiyəli politoloq və analitik Engin Özer deyib.
O bildirib ki, sözügedən görüş həm də münaqişəyə son qoyulması üçün yol aça bilər:
“Cenevrə görüşü Əbu-Dabi formatından daha çox İstanbul danışıqlarını xatırladır. Nümayəndə heyətlərinin tərkibi və hərbi ekspertlərin iştirakı onların razılaşmanın sərhədlərini və parametrlərini dəqiq müəyyənləşdirməyə yaxınlaşdıqlarını göstərir. Proses praktiki mərhələyə qədəm qoyub”.
Ekspert qeyd edib ki, danışıqlar uğurlu olarsa, növbəti mərhələ razılaşmanın hazırlanması və təsdiq prosesinin başlanması ilə nəticələnə bilər.
Qeyd edək ki, Ukrayna münaqişəsinin tənzimlənməsi üzrə danışıqların üçüncü raundu 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcək. Danışıqlarda üç ölkədən – ABŞ, Rusiya və Ukraynadan nümayəndə heyətləri iştirak edəcək.
Əliyar Xəlil
Globalinfo.az